Azərbaycanın aparıcı şahmatçılarından biri, ölkə çempionu Vasif Durarbəyli vətənini həmişəlik tərk edib.
Arasdırma.info xəbər verir ki,Azərbaycanlı qrossmeyster sosial şəbəkələrdə daimi yaşamaq üçün ABŞ-a köçməsi ilə bağlı xəbər yayıb. O, artıq Amerikanın Missuri ştatının Sent-Luis şəhərinə gəlib.
Qeyd edək ki, Vasif Durarbəyli kişilər arasında hazırkı Azərbaycan çempionudur və 2023-cü ilin yanvarında keçirilən çempionatın qalibi olub. O, finalda Vüqar Əsədliyə qalib gəlib. Qrossmeysterin FİDE reytinqi 2635, milli şahmat siyahısında altıncı yeri tutur.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70