Bakıda yeni metro harada və nə vaxt açıqlacaq

Oxunma sayı: 160
11-04-2023, 01:07

Bakıda yeni metro  harada və nə vaxt açıqlacaq
Şərti adı B-04 olan yeni Metrostansiyanın inşası sürətlə davam etdirilir.
Arasdırma.info "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində yerləşən metrostansiyanın gələn ilin sonunda istifadəyə veriləcəyi planlaşdırılır.


Ən üst mərtəbədə kassa zalı və vestibül, üçüncü mərtəbədə isə texniki sahələr yerləşəcək. Burada xidməti otaqlar və 4 havalandırma kamerası tikiləcək.

İkinci mərtəbə keçid üçün nəzərdə tutulub. Stansiyada quraşdırılacaq 3 liftdən 2-si bu mərtəbədə olacaq.
Stansiyanın platforması 7 vaqonlu qatarların hərəkəti üçün nəzərdə tutulub.

Qeyd edək ki, şərti adı olan B-04 olan metrostansiyası bənövşəyi xətti üzrə Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək. Tikinti işlərinin gələn ilin sonunda yekunlaşdırılması və stansiyanın istifadəyə verilməsi planlaşdırılır.//oxu24

Paylaş
Xəbər lentİ