Azərpaşa Nemətov dəfn edildi - FOTOLAR (YENİLƏNİB)

Oxunma sayı: 149
11-04-2023, 01:47

Azərpaşa Nemətov dəfn edildi - FOTOLAR (YENİLƏNİB)

Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətov dəfn olunub.
Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.
*** 15:35
Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru Xalq artisti Azərpaşa Nemətovla vida mərasimi keçirilir.
Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edir.
Vida mərasiminin ardından cənazə İkinci Fəxri xiyabana aparılacaq və orada dəfn olunacaq.
Xatırladaq ki, Azərpaşa Nemətov dünən 76 yaşında qəflətən ürəktutmasından vəfat edib.

Azərpaşa Nemətov dəfn edildi - FOTOLAR (YENİLƏNİB)
Azərpaşa Nemətov dəfn edildi - FOTOLAR (YENİLƏNİB)
Azərpaşa Nemətov dəfn edildi - FOTOLAR (YENİLƏNİB)
Azərpaşa Nemətov dəfn edildi - FOTOLAR (YENİLƏNİB)
Azərpaşa Nemətov dəfn edildi - FOTOLAR (YENİLƏNİB)
Azərpaşa Nemətov dəfn edildi - FOTOLAR (YENİLƏNİB)
Azərpaşa Nemətov dəfn edildi - FOTOLAR (YENİLƏNİB)

Paylaş
Xəbər lentİ