![]()
Artıq bir neçə aydır ki, Binəqədidə Rövşən adlı makler tərəfindən vətəndaşlara məxsus torpaqların “istilası” prosesinə start verilib. Məlumatlı mənbədən Mediatvaz.com-un redaksiyasına daxil olan məlumata görə, vətəndaşlara məxsus torpaqları qondarma sənədlərlə mübahisələndirən və həmin torpaqlara əl qoyan makler, daha sonra bu torpaqları digər şəxslərə satır, yaxud, həmin torpaqlar üzərində fərdi yaşayış sahələri inşa edərək külli miqdarda vəsait əldə edir.
Binəqədidəki “makler istilası”nda diqqət çəkən məqamlardan biri də adıçəkilən maklerin sosial statusuna, tutduğu vəzifəyə baxmayaraq “ucdantutma” hər kəsi öz “qurbanları” siyahısına daxil etməsidir. Belə ki, maklerin əl qoyduğu torpaqlar arasında icra başçılarından birinə məxsus torpaq sahəsi də mövcuddur. İşin ən maraqlı tərəfi isə ondan ibarətdir ki, hətta icra başçısı belə Rövşən adlı makler və onun himayədarlarına qarşı mübarizədə qalib gələ, öz haqqını bərpa edə bilmir.
Gələn yazılarımızda mövzuya daha ətraflı toxunacaq, həmin icra başçısı ilə yanaşı, torpaqlarına əl qoyulan digər məşhurlar haqqında da məlumat verəcəyik.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70