“Yeni BEMZ” ASC-nin külli miqdarda vergi borcu var – Yeni məhkəmə iddiası qaldırıldı

Oxunma sayı: 169
10-06-2023, 00:47

“Yeni BEMZ” ASC-nin külli miqdarda vergi borcu var – Yeni məhkəmə iddiası qaldırıldı
Azərbaycanda elektik mühərriklərinin və istehlak mallarının istehsalı ilə məşğul olan “Yeni BEMZ” Açıq Səhmdar Cəmiyyətində yanğın təhlükəsizliyinə dair yoxlamalar keçirilib.
Arasdırma.info xəbər verir ki,Qaynarinfo-nun məlumatına görə, şirkət İnzibati Xətalar Məcəlləsinin tələblərini pozub.
Belə ki, sözügedən obyektdə yanğın təhlükəsizliyi ilə bağlı tələblər yerinə yetirilməyib. Bu maddəyə görə, vəzifəli şəxslərə xəbərdarlıq edilir və hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə olunur.
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Hafiz Kamranov sədrlik edəcək.
Qanuni təmsilçisi Samir Abbasov Səmədoviç olan “Yeni BEMZ” Açıq Səhmdar Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 385 min 313 manat 75 qəpik vergi borcu var.

Paylaş
Xəbər lentİ