Dənizdə batan 10 yaşlı Səidin dəfnində insident: “Məni öldürəcəyini dedi”

Oxunma sayı: 139
28-07-2023, 09:37

Dənizdə batan 10 yaşlı Səidin dəfnində insident: “Məni öldürəcəyini dedi”
Ələt qəsəbə qəbiristanlığında insident baş verib.

Arasdırma.info xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəsəbə sakini, 1982-ci il təvəllüdlü Niyyət Cəfərov həmyerlisi, 1976-cı il təvəllüdlü Tehran Şükürovun onu odlu silah tətbiq etməklə ölümlə hədələdiyini bildirib. Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə müraciət edən şəxs T.Şükürov barəsində tədbir görülməsini xahiş edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, T.Şükürovun oğlu Səid Şükürov iyulun 20-də Ələtdə dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib və Ələt qəsəbə qəbiristanlığında dəfn edilib.

Dəfn zamanı mərhum Səid Şükürovun atası ilə Niyyət Cəfərov arasında münaqişə yaranıb.

Hazırda polis tərəfindən araşdırma aparılır.

Paylaş
Xəbər lentİ