Tanınmış azərbaycanlı sənətçi vəfat etdi - FOTO

Oxunma sayı: 152
29-07-2023, 02:40

Tanınmış azərbaycanlı sənətçi vəfat etdi - FOTO
Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor, aktyor Məmməd Haşım oğlu Məmmədov Moskva şəhərində vəfat edib.

Arasdırma.info xəbər verir ki,bu barədə Metbuat.az-a "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.
Məmməd Məmmədov 1976-1989-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Vulkana doğru” (film, 1977), “Anın quruluşu” (film, 1980), “Bağlı qapı” (film, 1981), “Üzeyir ömrü” (film, 1981), “Gümüşü furqon” (film, 1982), “Asif, Vasif, Ağasif” (film, 1983), “Burulğan” (film, 1986), “Təxribat” (film, 1990) kimi filmlərdə əsas rolların ifaçısı olub.

O, Azərbaycanın Xalq artisti, aktrisa Şəfiqə Məmmədovanın qardaşıdır.
Tanınmış azərbaycanlı sənətçi vəfat etdi - FOTO
Tanınmış azərbaycanlı sənətçi vəfat etdi - FOTO

Paylaş
Xəbər lentİ