İranda həbsdə olan Azərbaycan vətəndaşı ölkəmizə təhvil verilib.
Arasdırma.info xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, İranda həbsdə olan Azərbaycan vətəndaşı Validə Yusifova azad edilərək Astara sərhəd-keçid məntəqəsində Azərbaycan tərəfinə təhvil verilib.
Vurğulanıb ki, Validə Yusifova iki il əvvəl Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin qərarı ilə "casusluq ittihamı" ilə həbs edilib.//qafqazinfo
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70