Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində Mingəçevir su anbarında 2 nəfərin batması barədə məlumat daxil olub.
Arasd;rma.info xəbər verir ki,FHN-dən Bakupost.az -a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Axtarışlar davam etdirilir.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70