Professao Nazim Məcidov vəfat etdi

Oxunma sayı: 169
20-10-2023, 17:12

Professao Nazim Məcidov vəfat etdi
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası” kafedrasının müdiri, professor Nazim Məcidov vəfat edib.

Akademiyadan Qaynarinfo-ya verilən məlumata görə, akademiyanın müəllimi 68 yaşında dünyasını dəyişib.

Məcidov Nazim Böyük-Ağa oğlu 1955-ci ildə Bakı şəhərində anadan olub.

1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1987-ci ildə isə Moskvada Lenin ordenli Mərkəzi Dövlət Bədən Tərbiyəsi İnstitutunun aspiranturasını müvəffəqiyyətlə bitirib.

1989-cu ildə Moskva şəhərində Bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığı elmi-tədqiqat istiqamətində namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi (pedaqogika üzrə fəlsəfə doktoru) elmi dərəcəsi alıb.

Paylaş
Xəbər lentİ