Şamaxı-İsmayıllı yolu bağlıdır - 200-dən çox avtomobil yolda qaldı

Oxunma sayı: 117
14-01-2024, 02:05

Şamaxı-İsmayıllı yolu bağlıdır - 200-dən çox avtomobil yolda qaldı
Güclü yağan qar səbəbindən Şamaxı-İsmayıllı avtomobil yolu bağlanıb.

Arasdırma.info APA-ya istinadən xəbər verir ki, buna görə hazırda ərazidə 200-dən artıq avtomobil yolda qalıb.

İlkin məlumata əsasən, Muğanlı dolaylarında qar daha keçilməzdir. Qarın qalınlığı 10 sm artıqdır, yollar buz bağlayıb. Əraziyə polis əməkdaşları cəlb olunub. Hazırda yolların buz bağlaması Ağsu dolaylarında da müşahidə edilir.



Yolların buz bağlaması səbəbindən ərazidə bir neçə zəncirvari qəzalar da meydana gəlib.

Paylaş
Xəbər lentİ