11 yaşlı Rasimin axtarışı üçün kanala suyun verilməsi dayandırıldı
100%
İmişli rayonunda kanalda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışı ilə bağlı Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi müvəqqəti dayandırılıb.
Arasdırma.info Report-a istinadən xəbər verir ki, fevralın 28-i günün ikinci yarısı suyun kanala verilməsi gözlənilir.
Qeyd edək ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.
REKLAM · 728 × 90