Tiktokerə hökm oxundu,ayağına bilərzik taxıldı.

Oxunma sayı: 127
27-02-2024, 21:04

Tiktokerə hökm oxundu,ayağına bilərzik taxıldı.
Narkotik dövriyyəsində ittiham edilən tiktoker Aysun Mirişlinin məhkəməsi yekunlaşıb.
Arasdırma.info qafqazinfo-ya istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən sonuncu iclasda qərar
Hakim Sülhanə Hacıyeva xanım müttəhimin cəzasını həbsdə çəkməsinə zərurət görməyib.

Hökmə əsasən, A.Mirişliyə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə yaşadığı ünvanı axşam saat 23:00-dan səhər 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini işlək vəziyyətdə gəzdirmək öhdəliyi qoyulub.

Qeyd edək ki, Aysun Mirişli tiktokda “axundova__302_” adı ilə tanınır.

Paylaş
Xəbər lentİ