![]()
Bakıda fəaliyyət göstərən 252 nömrəli məktəb-liseyin keçmiş direktoru Xədicə Eminova Elm və Təhsil Nazirliyini məhkəməyə verib.
Arasdırma.info "Qaynarinfo"ya istinadla məlumat verir ki, Xədicə Eminovanın iddiası işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsini tələb edir.
Onun iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq.
İş hakim Ramin Quliyevin icraatındadır.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70