Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO

Oxunma sayı: 69
30-07-2024, 08:17

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

Arasdırma.info xəbər verir ki, Bakı şəhərindən və Abşeron rayonundan köçürülən 19 ailə (72 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından yola salınıb.

Tərtər və Ağcabədi rayonlarından da hərəsində 1 ailə olmaqla köçün yola salınaraq Ağdamda karvana qoşulması nəzərdə tutulub.

Bu dəfəki köç zamanı ümumilikdə 79 nəfərdən ibarət 21 ailə doğma yurdlarına qayıdır.

Qeyd edək ki, bu gün həyata keçirilən köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 147 ailə (570 nəfər) köçürülüb.//APA

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO

Paylaş
Xəbər lentİ