Azərbaycanın Əməkdar jurnalisti Nair Əliyev vəfat edib.
Arasdırma.info xəbər verir ki, o, uzun müddət xəstəlikdən əziyyət çəkib.
Qeyd edək ki, N.Əliyev 1974-cü ildə anadan olub. O, "Exo" qəzetinin baş redaktorunun birinci müavini, daha sonra isə ölkənin bir sıra aparıcı media orqanlarında çalışıb. Mərhumun sonuncu iş yeri Cahantv.az xəbər saytı olub.//medicina.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70