Hərbi ekspert Ədalət Verdiyev Abşeron rayonu, Hökməli qəsəbəsindəki antisanitariya vəziyyətindən şikayətlənib.
Arasdırma.info xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.
Ə.Verdiyev Hökməli bələdiyyəsi ərazisində zibil qutularının olmadığını və sakinlərin əraziyə atdığı zibillərin böyük bir xaos yaratdığını deyib.
“Abşeron rayonu Hökməli bələdiyyəsinin ərazisində nə zibil qutusu var, nə zibil yeri. Ərazi həftələrlə təmizlənmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti nə messencerə, nə də vatsapa cavab verir. Videonu dünən şəxsən özüm çəkmişəm”, - deyə Ədalət Verdiyev deyib.//bakupost
[media=]
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70