Bu gün səhər saatlarında Bakı metrosunun "20 Yanvar" stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb.
Arasdırma.info xəbər verir ki, mağazaların hansı səbəbdən bağlanması məlum deyil.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu yerin onlara aidiyyəti yoxdur:
"Ora ilə bağlı səlahiyyətimiz olmadığı üçün məlumatsızıq", - deyə B.Məmmədov vurğulayıb.
Bakı Şəhər İcra Hakimiyyətindən isə APA-ya bildirilib ki, keçidlərdəki mağazaların onlara aidiyyatı yoxdur.//bakupost
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70