Bu sürücülər 40 manat cərimələnəcək

Oxunma sayı: 31
11-12-2024, 01:52

Bu sürücülər 40 manat cərimələnəcək
Qeydiyyat nişanlarını çirkli saxlayan sürücülər cərimə olunacaq.

Arasdırma.info xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı sürücülərə müraciət edib.

Qurumun rəsmisi Mübariz Ağayevin sözlərinə görə, dövlət qeydiyyat nişanlarını təmiz saxlamayan sürücülər cərimələnəcək. Hətta cərimədən yayınmaq üçün nömrəni bilərək bağlayan sürücülər də var.

Mübariz Ağayev bildirib ki, məsələyə ciddi yanaşmayan sürücülərə cərimə protokolları tərtib olunacaq.

Qeyd edək ki, havanın hazırda yağmursuz olmasına baxmayaraq paytaxt küçələrində nəinki çirkdən dövlət qeydiyyat nişanı görünməyən, hətta rəngi belə ayırd olunmayan nəqliyat vasitələri var.

Paylaş
Xəbər lentİ