“Plato Capital and Co. İnvestisiya Şirkəti”nin lisenziyası ləğv olunub

Oxunma sayı: 39
13-12-2024, 01:45

“Plato Capital and Co. İnvestisiya Şirkəti”nin lisenziyası ləğv olunub
Azərbaycan Mərkəzi Bankı (AMB) "Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC-nin lisenziyasını ləğv edib.



Məlumata görə, qurumun İdarə Heyətinin qərarı ilə fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılmasına dair icrası məcburi göstərişlərə əməl edilməməsinə görə “Qiymətli kağızlar bazarı haqqında” qanunun 70.1.6-cı maddəsinə uyğun olaraq investisiya şirkətinin lisenziyası ləğv olunub.

Qanunun 70.3-cü maddəsinə müvafiq olaraq lisenziyası ləğv edilən investisiya şirkəti Mülki Məcəlləyə uyğun olaraq ləğv edilir.

Bununla da, Azərbaycanda lisenziyası olan investisiya şirkətlərinin sayı 12-yə düşüb.

“Plato Capital and Co.”nu 2002-ci ildə hazırda ləğv prosesində olan “Texnika Bank” ASC "Texnika Kapital Menecment" adı ilə yaradıb. İnvestisiya şirkəti 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə "Plato Menecment"ə dəyişib, 2019-cu ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 816 min manatdır. İnvestisiya şirkətinin səhmdarları 99 % payla "Red Block" MMC və 1 % payla Leyla Hacıyevadır.//report

Paylaş
Xəbər lentİ