"Heydər Əliyev" mükafatına layiq görüldü

Oxunma sayı: 57
22-12-2024, 12:12

"Heydər Əliyev" mükafatına layiq görüldü

Media Araşdırma Mərkəzi və Azər.KİVİHİ tərəfindən H.Əliyevin ideyalarının təbliği və musiqi sahəsində göstərdiyi xüsusi xidmətləri nəzərə alınaraq
Qasım Xəlilov "Heydər Əliyev" mükafatına layiq görülüb.
Xatırladırıq ki, Qasım Xəlilov - vokalçı-bəstəkar, pedaqoq, gitaraçı və s sənət adamıdır.
Baki 2020 Beynəlxalq İncəsənət Festivalının musiqi departamentinin rəhbəridir. Ötən əsrin 60-70-ci illərinin parlaq ulduzu, öz geniş vokal imkanları və yüksək gitara ifaçılığı ilə çoxlarının qəlbinə yol tapan Qasım Xəlilov 1947-ci ildə anadan olub. Müğənni Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsini bitirib. Lakin musiqiyə olan həvəsi və ələlxüsus gitara sevdası uşaq yaşlarından Qasım Xəlilovun həyat yolunu müəyyənləşdirib.
"Heydər Əliyev" mükafatına layiq görüldü

Paylaş
Xəbər lentİ