İşədüzəltmə ələduzluzlarıifşa olundu

Oxunma sayı: 27
23-12-2024, 17:30

İşədüzəltmə ələduzluzlarıifşa olundu
Uşaq bağçalarına saxta vakansiyalar elanı verməklə dələduzluq edən şəxs saxlanılıb

Uşaq bağçalarına saxta vakansiyalar elanı verməklə dələduzluq edən şəxs saxlanılıb
Bakı şəhəri, Binəqədi rayonunda internetdə uşaq bağçalarına saxta vakansiyalar elanı verməklə dələduzluq edən şəxs saxlanılıb.

Arasdırma.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, həmin şəxs hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun onun kartına köçürülməsini tələb edib. O, həmin pulları nağdlaşdırdıqdan sonra zərərçəkənlərin əlaqə nömrələrini bloklayıb:

"Bu əməllərlə məşğul olan 1995-ci il təvəllüdlü Mirnicat Əmirov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma gedir".//report

Paylaş
Xəbər lentİ