"Hicran" tamaşasının "Orxan"ı vəfat etdi

Oxunma sayı: 30
31-12-2024, 18:48

"Hicran" tamaşasının "Orxan"ı vəfat etdi
"Hicran" tamaşasının "Orxan"ı, Əməkdar artist Bəhram Əliyev vəfat edib.

Arasdırma.info Baku.ws-ə istinadən xəbər verir ki, aktyor bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Bəhram Babaxan oğlu Əliyev 1950-ci ildə Neftçala rayonunda anadan olub.

1979-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Ş. Məmmədova adına Opera studiyasında, Dövlət Xor Kapellasında çalışıb.

1993-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyib. Tenor səs tembrinə malik yüksəkdərəcəli solist vokalçı olub.

Paylaş
Xəbər lentİ