Hökümənin ailəsinə qarşı dələduzluq edənlər SAXLANILDI - Pul qaytarıldı

Oxunma sayı: 28
18-01-2025, 20:10

Hökümənin ailəsinə qarşı dələduzluq edənlər SAXLANILDI - Pul qaytarıldı
Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökümə Əliyevanın vəfatı ilə bağlı onun ailəsinə ödənilmiş 80 min manatın kartdan oğurlanması ilə bağlı cinayət işi açılıb.
Arasdırma.info xəbər verir ki, DİN Mətbuat xidmətindən bildirilib ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.
Qeyd edək ki, Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə dərhal cinayət işi başlanılıb.
Həmçinin məsələ ilə bağlı “Kapital Bank” da araşdırmaya başlayıb.//bakupost

Paylaş
Xəbər lentİ