Dərslərin başlamasına az qalıb. Bu ərəfədə valideynləri ən çox düşündürən məktəb alış-verişi, geyim-keçimdir.
Maraqlıdır, bəs bu il üçün məktəbli geyimlərinin qiymətlərində dəyişiklik varmı?
Mövzu ilə bağlı News24.az Bakı Tikiş Evinə sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov bildirib ki, keçən ilə nisbətən bu il məktəbli geyimlərinin qiymətləri ucuzlaşıb. O 2025-ci il üçün oğlan və qızlar üçün məktəbli geyimlərinin qiymətlərini açıqlayıb:
"Oğlanlar üçün: qısaqol köynək – 8, uzunqol köynək isə 10 manata, şalvarlar 15, jaket isə 20 manata satışa çıxarılıb.
Qızlar üçün də qısaqol köynəklər 8 uzunqol köynəklər 10 manata, şalvarlar 15, jaketlər 20, ətəklər isə 15 manatadır.
Şöbə müdiri onu da bildirib ki, standart ölçü (26–54) üzərində olan 56, 58, 60 ölçülü şalvar, ətək və polo köynəklərin qiymətinə parça sərfiyyatına görə 5 manat əlavə edilib: “Bakı Tikiş Evi rəhbərliyi məktəbli formaları üçün geyimlərin qiymətlərinin 18-33% aralığında aşağı endirib. Bu il üçün biz kifayət qədər hazırlaşmışıq, yəni bütün rənglərdə və ölçülərdə məktəbli formalarımız mövcuddur”.
Son zamanlar bazarda satılan ucuz məktəbli geyimlərinə gəlincə, şöbə müdiri onların ucuz, mənşəyi bilinməyən, keyfiyyətsiz mallar olduğunu qeyd edib:
"O mallar çox ucuz satılır. İki manata köynək olar? Onun keyfiyyətinə necə əmin olmaq olar? Bu paltarlar allergiya, dəri xəstəliyi yarada bilər. Bəzi valideynlər belə məqamlara fikir vermir, gedib ucuzdur deyə belə keyfiyyətsiz paltarları alırlar. O paltarlar bircə dəfə yuyan kimi yararsız vəziyyətə düşür”.
Bizim satdığımız mallar isə yalnız pambıq materialdan hazırlanır. Nazirlər Kabinetinin qərarına əsasən, bütün məktəbli köynəkləri 100 faiz pambıqdan olmalıdır. Biz onların parçasını Özbəkistandan, şalvar və ətəklərin parçasını isə Belarus və Türkiyədən alırıq. Onların da 60 faizi yun, 40 faizi poliesterdir. Valideynlərə keyfiyyətinə əmin olmadıqları mağazalardan məktəbli geyimi almamaları tövsiyə edirəm. forma almasınlar. Çünki ucuz, keyfiyyətsiz parlaçalrdan tikilən geyimlər uşaqların sağlamlığı üçün təhlükəli ola bilər”.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70