Rasim Balayev vəfat etdi

Oxunma sayı: 2
30-03-2026, 00:39

Rasim Balayev vəfat etdi
Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev vəfat edib.

Arasdırma.org Bakupost.az-a istinadən xəbər verir ki, aktyor İstanbulda yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.

***

Aktyorun oğlu Asim Balayev xəbəri saytımıza təsdiq edib.

Hazırda Türkiyədə olan A. Balayev aktyorun nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi barədə hələlik heç bir məlumatın olmadığını bildirib.

Qeyd edək ki, Rasim Balayev 1948-ci ildə anadan olub və uzun illər Azərbaycan teatr səhnəsində və kinematoqrafiyada fəaliyyət göstərib.

Aktyor “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərində yaratdığı obrazlarla tamaşçıların sevgisini qazanıb.

Paylaş
Xəbər lentİ