İcazəsi olmayan cərrahlar əməliyyatlarını davam etdirir,dur deyən yoxdur.

Oxunma sayı: 2
Bu gün, 02:01

İcazəsi olmayan cərrahlar əməliyyatlarını davam etdirir,dur deyən yoxdur.
2025-ci il aprelin 17-də plastik cərrahiyyə sahəsində illərlə yığılıb qalmış problemlərə son qoymaq məqsədilə "Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı açıqlandı. Aparılmış araşdırmalar nəticəsində bir sıra şəxslərin bu sahədə fəaliyyət göstərmək hüququnun olmadığı müəyyən edildi, onların sertifikatları ləğv olundu və plastik cərrah kimi fəaliyyətlərinə qadağa qoyuldu.Mediatvaz.com bildirir ki,sertifikatı ləğv edilən şəxslərdən biri də Seymur Məmmədovdur. Lakin ortaya çıxan sual budur: əgər bir şəxsin bu sahədə fəaliyyət göstərmək hüququ yoxdursa, o zaman həmin şəxs bu gün hansı əsasla plastik əməliyyatlar aparır? Rəsmi məlumatlara görə, ötən ilin avqust ayında Seymur Məmmədovun həyata keçirdiyi plastik əməliyyatdan sonra pasiyentin vəziyyəti ağırlaşıb və nəticədə ölüm hadisəsi baş verib. Hazırda bu fakt üzrə istintaq araşdırmasının davam etdiyi bildirilir. Belə bir vəziyyətdə, fəaliyyəti ilə bağlı araşdırma aparılan və sertifikatı ləğv edilmiş şəxsin hələ də plastik əməliyyatlar həyata keçirməsi ciddi suallar doğurur. Daha təəccüblüsü isə odur ki, həmin şəxs sosial şəbəkə hesablarında həyata keçirdiyi əməliyyatların görüntülərini açıq şəkildə paylaşmaqdan da çəkinmir. Bu paylaşımlar cəmiyyətdə belə bir fikir formalaşdırır ki, sanki ona heç bir qadağa tətbiq olunmayıb və o, fəaliyyətini maneəsiz şəkildə davam etdirir.Ortaya çox ciddi suallar çıxır. Sertifikatı ləğv edilmiş bir şəxs necə olur ki, yenə də plastik əməliyyatlar aparır? Nəzarət mexanizmləri niyə işləmir? Səhiyyə Nazirliyi bu vəziyyətə niyə reaksiya vermir? Qanunla qadağan olunmuş fəaliyyətin açıq şəkildə davam etdirilməsi dövlətin qəbul etdiyi qərarlara və qanunlara meydan oxumaq deyilmi? Cəmiyyət haqlı olaraq cavab gözləyir. Çünki söhbət adi bir inzibati pozuntudan deyil, insanların sağlamlığı və həyatı ilə bağlı son dərəcə həssas bir sahədən gedir. Əgər qanun pozuntularına qarşı vaxtında və prinsipial mövqe nümayiş etdirilməzsə, sabah daha ağır nəticələrin baş verməyəcəyinə kim təminat verə bilər?Qanun hər kəs üçün eyni olmalıdır. Əks halda, dövlət qərarlarının və hüquqi mexanizmlərin nüfuzu ciddi şəkildə sual altına düşür.//mediatvaz.com

Paylaş
Xəbər lentİ