Lotu Qulinin “sağ əli” türmədən Rusiya əleyhinə paylaşım etdi – Xanımı isə… + FOTOLAR

Oxunma sayı: 226
2-03-2022, 00:12

Lotu Qulinin “sağ əli” türmədən Rusiya əleyhinə paylaşım etdi – Xanımı isə… + FOTOLAR
Vaxtı ilə Lotu Qulinin “sağ əli” kimi tanınan “Dikiy Arman” ləqəbli Arman Cumageldiyevin xanmı Aykol Alijanova Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə müraciət edib.

Arasdırma.info Qazaxıstan mətbuatına istinadən məlumatına görə, xanım Alijanova prezidentdən həyat yoldaşını həbsdən azad etməsini xahiş edib:

“O, heç vaxt siyasətlə məşğul olmayıb. Yanvar hadisələri zamanı isə əksinə, insanları sakitləşməyə çağırırdı. Xahiş edirəm, onun ailəsinə qaytarın”.
Lotu Qulinin “sağ əli” türmədən Rusiya əleyhinə paylaşım etdi – Xanımı isə… + FOTOLAR
Bu arada “Dikiy Arman” həbsxanadan sosial şəbəkələrdə maraqlı paylaşım edib.O, Qazaxıstan, eləcə də Rusiyanın cənub ərazilərini işarələyərək yazıb:

“Bunlar qazax torpaqlardır. Vaxt gələcək biz öz torpaqlarımıza qayıdacağıq. Qazaxıstan bizimdir”.

Xatırladaq ki, bu ilin yanvar ayında Qazaxıstanda baş verən toqquşmalar zamanı polis kriminal avtoritet Arman Cumaqeldiyevlə (“Arman Diki”) birgə 6 silahdaşını da saxlamışdı. Onlardan 4 tapança, döyüş sursatı, uclu silahlar və hətta bir zirehli maşın ələ keçirilib.

Hazırda “Arman” Almatıdakı təcridxanların birində saxlanılır.
Lotu Qulinin “sağ əli” türmədən Rusiya əleyhinə paylaşım etdi – Xanımı isə… + FOTOLAR


//gundem.az

Paylaş
Xəbər lentİ