Ukrayna “Bayraqdar”ları necə alır? – Türkiyədən cavab

Oxunma sayı: 206
4-03-2022, 09:01

Ukrayna “Bayraqdar”ları necə alır? – Türkiyədən cavab
Türkiyə Ukraynaya "Bayraqdar” PUA-larını yardım olaraq vermir. Bu PUA-ları Ukrayna şəxsi şirkətdən pulunu ödəyərək alır.



Arasdırma.info xəbər verir ki, bu sözləri Türkiyə XİN rəhbərinin müavini Yavuz Səlim Qıran deyib.



"Bayraqdar” – özəl müəssisənin məhsuludur. Ukrayna bu məhsulu almaq istədi və onlar arasında müqavilə imzalandı. Məhsul da göndərildi. Bütün dünyada belədir. Bu gün Rusiyada da, ABŞ-da da hərbi məhsulu özəl şirkətlər istehsal edir. Bu şirkətlər istədiyi sazişi bağlayıb, məhsulunu sata bilirlər. Türkiyə bu PUA-ları yardım olaraq verməyib. Əlbəttə, o ayrı məsələdir ki, biz bu PUA-larla fəxr edirik”, - o bildirib.



Qeyd edək ki, Ukrayna 2018-2020-ci illərdə Türkiyədən 74 milyon dollar ödəyərək "Bayraqdar TM2” PUA-ları alıb.



Rusiya ilə döyüşdə "Bayraqdar”ların performansı qarşı tərəfin ciddi narahatlığına səbəb olub. Türkiyə şirkəti isə bu məhsulu Rusiyaya da satmağa hazır olduğunu bildirib. (Axar.az)

Paylaş
Xəbər lentİ