Kiyev vilayətinin şəhər tipli Qostomel qəsəbəsi uğrunda gedən döyüşlərdə Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri Ulyanovsk şəhərinin 31-ci Əlahiddə Qvardiya Hava Desant Hücum Briqadasının ən azı 50 rus əsgərini məhv edib.
Arasdırma.info Ukrayna KİV-nə istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsi məlumat yayıb.
Hərbçilərin sözlərinə görə, şəhər tamamilə Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır və ukraynalı əsgərlər də çoxsaylı silah-sursat, texnika, şəxsi heyətə məxsus sənədlər ələ keçiriblər. //lent.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70