Ukraynalı keçmiş deputat Kiyev uğrunda döyüşdə həlak oldu
100%
Ukrayna Radasının keçmiş deputatı Aleksandr Marçenko Rusiya işğalçıları ilə döyüşdə həlak olub.
Arasdırma.info xəbər verir ki, bu barədə ukraynalı deputat Oleq Tyaqnibok “Facebook” səhifəsində məlumat verib.
O bildirib ki, Aleksandr Marçenko Kiyevdə işğalçılarla döyüşdə həlak olub.
“Qəhrəmanın ruhu şad olsun! Düşmənə ölüm! Gəlin qisas alaq!” – deyə Tyaqnibok yazıb.
//olke.az
REKLAM · 728 × 90