SAVAŞIN 16-cı GÜNÜ: 100-lərlə RUS ƏSGƏRİ MƏHV EDİLDİ, ƏSİR ALINDI...- General və deputat öldürüldü, şəhərlər... + VİDEOLAR (Yenilənib)

Oxunma sayı: 228
12-03-2022, 08:46

SAVAŞIN 16-cı GÜNÜ: 100-lərlə RUS ƏSGƏRİ MƏHV EDİLDİ, ƏSİR ALINDI...- General və deputat öldürüldü, şəhərlər... + VİDEOLAR (Yenilənib)
Ukraynanın Sumı vilayətinin Romenşina qəsəbəsi yaxınlığında bu gün martın 11-də Rusiya ordusunun bir bölük əsgəri yerli özünümüdafiə dəstələrinin və polisin qüvvələri tərəfindən əsir alınıb.

virtualaz.org Ukrayna mənbələrinə istinadən xəbər verir ki, həmin bölük Rusiya sərhədinə tərəf geri qayıdarkən yerli sakinlər tərəfindən aşkar edilib.

Ukrayna Milli Polisi əsir alınanların fotosunu da dərc edib. Bildirilir ki, rusiyalı hərbçiləri çöllük ərazidə görüblər. 29 nəfərdən ibarət qrup çöllük ərazilərdən keçərək əllərindəki xəritənin köməyi ilə Rusiya sərhədinə tərəf getməyə çalışırdılar. Lakin bu “yürüş-həmləni” həyata keçirmək onlara nəsib olmayıb. Üst-başları palçıq içində olan, günlərdir ac olduqları bildirilən rus əsgərləri tam tərkibdə əsir alınıb.



Digər məlumata görə, Kiyev ətrafına cəmləşdirilmiş Rusiya qoşunlarının ən azından bir qismini tezliklə Belarusa geri qaytarmağa hazırlaşırlar. Bu haqda rusiyalı hərbçilərdən birinin Rusiyadakı yaxını ilə telefon danışığından məlum olub.



“Yaxşı xəbərlər dolaşır ki, tezliklə bizi Belarusa qaytaracaqlar. Orada texnika ilə, adamlarla yenidən komplektləşdirməni gözləyəcəyik...Ümid edirəm ki, bizi artıq evə göndərəcəklər. Bizdə adam sadəcə olaraq az qalıb. Çox adam həlak olub, yaralıların sayı da çoxdur”, - həmin rusiyalı hərbçi bildirir. O əlavə edir ki, heç texnikaları da qalmayıb, sıradan çıxarılıb. Üstəlik ərzaqları da tükənib.

Ukrayna Müdafiə Nazirliyi aparılan döyüşlərdə Rusiya ordusunun sutkalıq itkilərinin sayını da açıqlayıb. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, sutka ərzində gedən döyüşlərdə 266 (ümumi 12 mindən artıq) Rusiya hərbçisi öldürülüb.

Bundan əlavə döyüşlər zamanı sutka ərzində Rusiya ordusunun 18 tankı, 60 zirehli döyüş maşını, iki artilleriya sistemi, iki reaktiv yaylım atəş sistemi, iki HHM sistemi, 32 avtomobil texnikası məhv edilib.

Ümumi olaraq Rusiya tərəfinin itkiləri bu cür olub:

57 döyüş təyyarəsi, 83 helikopter, 353 tank, 1165 zirehli döyüş maşını, 125 artilleriya sistemi, 31 HHM sistemi, 58 reaktiv yaylım atəşi sistemi, 60 sistern, 7 kəşfiyyat PUA-sı, 3 kater, 558 avtomobil texnikası məhv edilib.



Rusiya ordusunun general-mayoru Andrey Kolesnikov da Ukraynada davam edən döyüşlərdə məhv edilib.

“AzPolitika.info” xəbər verir ki, bununla bağlı Ukrayna mətbuatı ölkənin Daxili İşlər nazirinin müşaviri Anton Geraşenkoya istinadla məlumat yayıb.

Xəbərdə deyilir ki, general Kolesnikov Rusiya Şərq Hərbi Dairəsinin 29-cu ordusunun komandanı olub. Hələlik generalın hansı istiqamətdə və hansı şəraitdə məhv edilməsinə dair məlumat verilmir. Bu barədə bir qədər sonra ətraflı məlumat yayılacağı gözlənilir.

Qeyd edək ki, bunadək Ukraynada Rusiya ordusunun 2 generalı öldürülmüşdü.


Bu arada Ukraynaya təcavüz etmiş Rusiya ordusunun halını göstərən daha bir video sosial şəbəkələrdə yayılıb.

Bu kadrlara əsasən iki tank qülləsinə qədər palçığa batıb və hərəkətsiz qalıb, heyət üzvləri tankların üstündə vurnuxur və onları çıxarmaq üçün ümidsiz cəhdlər edir...


Ukraynanın Mariupol şəhərində isə Rusiya silahlı qüvvələrinin şiddətli artilleriya hücumu nəticəsində Sultan Süleyman və Roksalananın adını daşıyan məscid dağıdılıb.

Məlumata görə, həmin ərazidə yerli sakinlər və azərbaycanlılarla yanaşı 85 Türkiyə vətəndaşı da mühasirəyə düşüb. Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Mariupol üzrə sədri Afaq Həmidova da hazırda həmin şəhərdə mühasirədədir.

Qeyd edək ki, Mariupolda 15 oktyabr 2007-ci ildə Türkiyənin yüksək vəzifəli şəxslərinin iştirakı ilə Sultan Süleyman və Roksolananın şərəfinə Mariupol məscidi və eyni adlı İslam Mədəniyyət Mərkəzinin açılışı olmuşdu. Məscid Mariupolun mərkəzi bazarının direktoru Salix Cihanın və şəhərin Azərbaycan icmasının digər üzvlərinin maliyyəsi ilə inşa olunmuşdu.


Martın 11-də Xarkov vilayətinin İzyum şəhərində də şiddətli döyüşlər gedib. UNİAN xəbər verir ki, bu barədə şəhər Meri Maksim Strelnikov məlumat verib. Onun sözlərinə görə, Ukrayna ordusu şəhəri müdafiə edir.

Həmçinin yaxınlıqdakı kəndlər də Rusiya ordusu tərəfindən atəşə tutulur.


“Təəssüf ki, bu gün nə biz, nə Qırmızı Xaç Cəmiyyətinin humanitar yardımı, nə də evakuasiya avtobusları İzyumdakı yaşıl dəhlizdən keçə bilmədik”, - deyə mer vurğulayıb.

Ukraynanın Xarkov vilayətində Rusiya hərbi qüvvələrinin aviazərbələri nəticəsində bir deputat da həlak olub.




Marina Osipenko Balakleya şəhər şurasının deputatı idi. Onun meyiti Milova kəndindəki evin dağıntıları altında tapılıb.

***

Ukrayna Silahlı Qüvvələri Çerniqov vilayətinin 5 yaşayış məntəqəsini azad edib. UNİAN xəbər verir ki, məlumatı Ukraynanın “Şimal” operativ komandanlığı feysbuk səhifəsində yayıb.

Məlumata görə, Rusiya silahlı dəstələri bütövlükdə döyüş qabiliyyətində deyil: “Zabit heyəti arasında vahimə var. Hesab edirlər ki, ali hərbi- siyasi rəhbərlik onları atıb. İndi Çerniqovun yaşayış məntəqələrində Ukraynanın dövlət bayrağı dalğalanır. Əməliyyat nəticəsində Rusiyanın ələ keçirilən iki zirehl döyüş maşını bundan sonra Ukraynaya xidmət edəcək”.

Bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Derqaç şəhərini Rusiya hərbçilərindən tamamilə azad ediblər.

Rusiya ordusu isə ələ keçirə bilmədiyi Mariupol şəhərini dağıtmağa çalışır. Bu barədə dialoq.ua xəbər yayıb.

Qeyd olunur ki, dinc şəhər müntəzəm olaraq artilleriya və aviasiya atəşinə məruz qalır. Hərbi komissar Andrey Tsaplienko Telegram-da Rusiya Silahlı Qüvvələrinin “Qrad” reaktiv yaylım atəşi sistemləri ilə Mariupola zərbə endirdiyini əks etdirən videonu dərc edib.

Hazırda Mariupol ağır günlər yaşayır. Rusiya qoşunları şəhəri tam mühasirəyə alıb və onu tamamilə dağıtmağa çalışır. Şəhərdə su, qaz, işıq yoxdur. Ruslar dinc əhalini şəhərdən buraxmır və ora humanitar yardımın gətirilməsinə də imkan vermir.

İvano-Frankovsk səhəri də partlayışlarla açıb. Rusiya ordusu Ukraynaya genişmiqyaslı hərbi əməliyyatlar başlayandan bəri şəhərə ikinci dəfə hücum edib.

Qurbanlar və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

Qeyd edək ki, İvano-Frankovsk vilayəti Ukraynanın qərbində, Rumıniya ilə sərhəddə yerləşir.



Ukraynanın Belarusla sərhəddə yerləşən Volın vilayətinin Lutsk şəhərində də aerodromun vurulmasını əks etdirən görüntülər paylaşılıb.

İlkin məlumata görə, hərbi aerodrom Rusiya ordusu tərəfindən uzaqmənzilli raket zərbəsi ilə vurulub.

Görüntülər aerodromun yaxınlığında yerləşən yaşayış binasının sakinləri tərəfindən çəkilib və sosial şəbəkələrdə paylaşılıb.



***



Rusiya ordusu ötən gün ərzində də Ukraynada canlı qüvvə və texnika sarıdan ağır itkilər verib. Xəbər verildiyi kimi Kiyev ətrafındakı Brovarı rayonunda Rusiya ordusunun tank polkuna artilleriya və hava zərbələri endirilib, bu zaman polk komandiri də daxil olmaqla onlarla hərbçi ölüb. Bir neçə tank sıradan çıxarılıb, bir tank və bir MTLB personal daşıyıcı qənimət götürülüb.



Ukrayna Silahlı Qüvvələrinin “Şimal” əməliyyat Komandanlığının yaydığı məlumatda isə deyilir ki, Çerniqov vilayətində düşmənin üstün qüvvələri ilə döyüşün nəticəsi olaraq Rusiya ordusunun 10 tankı, zenit-raket kompleksi və zirehli təxliyə maşını qənimət olaraq ələ keçirilib. Rusların canlı qüvvə sarıdan itkiləri barədə məlumat verilmir.


Virtualaz.org -ın məlumatına görə, Sumı vilayətində isə Rusiya ordusunun təchizat kalonu darmadağın edilib. Sosial şəbəkələrdə bu hücumun nəticələrinə dair kadrlar yayılıb, kadrlardan məlum olur ki, çoxsaylı yanacaq və təchizat maşını yandırılıb, məhv edilib.

“Müharibənin ikinci həftəsində ruslara nəhayət çatıb ki, kalonu sadəcə olaraq irəli göndərmək yox, onu müşaiyət etmək də lazımdır. İndi təchizat kalonu ilə “Tiqr” zirehli maşını və BTR-80 gedir. Amma...indiki halda onlara bu da kömək etmədi”, - Facebook istifadəçisi Dmitri Putyata həmin kadrları paylaşaraq yazıb.

Kadrlardan məlum olur ki, rusların təchizat kalonunu hava hücumundan qorumaq üçün “Osa-M” zenit-raket kompleksi də müşaiyət edib, amma həmin texnika da vurulub. Sıradan çıxarılan yanacaq maşınlarının sayı 10-dur. Ukraynalı hərbi jurnalist Yuri Butusov əməliyyatı belə şərh edib: “Rusiya ordusunun yanacaqdolduran kalonunun nümunəvi şəkildə darmadağın edilməsi...Şübhəsiz ki Ukrayna döyüşçülərinin bu uğurlu hücumu Rusiya qoşunlarının hücum əməliyyatlarına ağır zərbə vurmuş oldu”.

Digər məlumata görə Ukrayna xüsusi təyinatlıları Rusiyanın “Pantsir -S1” zenit raket-top kompleksini qənimət olaraq ələ keçiriblər. Bu kompleksin qiyməti 15 milyon dollardır. Əməliyyatın harada keçirildiyi göstərilmir.



Ukrayna Silahlı Qüvvələrinin Hava Komandanlığı isə bildirir ki, martın 10-da düşmənin 10 döyüş təyyarəsi məhv edilib. Habelə Ukrayna aviasiyası düşmənin iki kalonuna sarsıdıcı hava zərbələri endirib.



Məlumatda deyilir ki, Rusiya Hava Kosmik Qüvvələri ötən gün ərzində 7 Su-25, habelə Su-34 itirib, sonuncu aldığı zədə ilə aerodroma qayıtmağa çalışsa da Rusiya ərazisində yerə düşüb. Quru qoşunları isə öz növbəsində iki Su-25 vurublar, bu təyyarələrin vurulması fotomateriallarla təsdiqlənib. Onlardan biri “Stinger” raketi ilə vurulub.

Bütün bunlar Rusiya ordusunun ötən gün verdiyi itkilərin heç də hamısı deyil.

Rusiya ordusu müharibənin başlanmasından bu yana ilk dəfə Dnepr şəhərinə hücum edib.

Martın 11-i səhər saatlarında Rusiya qoşunları şəhərə raket zərbələri endiriblər. Şəhərə hücum zamanı sirenalar işə düşüb. Raket zərbələri endirilmiş ərazilərə xilasedicilər cəlb olunublar.



Bu arada bir müddət əvvəl Kiyevə doğru hərəkət etdiyi bildirilən Rusiya ordusuna məxsus 64 km uzunluğundakı kolonla bağlı yeni məlumat və görüntülər yayılıb.

Musavat.com “Maxar Technologies” istinadən xəbər verir ki, peykdən çəkilmiş yeni görüntülərə görə, kolonun bəzi elementləri Lubyanka yaxınlığındakı meşələrə və meşəlik ərazilərə yerləşdirilib.

Yedəkli artilleriya, zirehli texnika və tanklar Antonov aviabazasından təxminən beş kilometr şimal-qərbdə - Lubyanka yaxınlığında seyrək ağac kolluğunda gizlədilib.




ankov qəsəbəsinin cənub-şərqində isə 60 kilometrlik hərbi konvoya aid bir neçə yük maşını və texnika hələ də yolun hərəkəti istiqamətində görünür.









***

“Rusiya ələ keçirdiyi ərazilərdə fəal təbliğat kampaniyası aparmağa başlayıb”. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, Rusiya Ukraynanın Xerson vilayətində adminstrativ-polis rejimi qurmağa cəhd göstərir.

Rəsmi informasiyaya görə, Rusiya hərbçiləri Çerniqov vilayətində itki verməkdə davam edir: “Rəqib ayrı-ayrı yaşayış məntəqələrində beynəlxalq humanitar hüquq normalarını pozaraq qarət edir, girov götürür və mülki vətəndaşları edam edir”.

Məlumata əsasən, Rusiyanın Rostov vilayətində islah-əmək müəssisələrində məhbuslara amnistiya qarşılığında Ukraynada döyüşmək təklif olunur.

Bildirilib ki, Ukraynanın Silahlı Qüvvələri Rusiya ordusunun hücum əməliyyatlarının qarşısını alır və cavab verir.

Xatırladaq ki, bu gün, martın 11-i Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatların 16-cı günüdür.

SAVAŞIN 16-cı GÜNÜ: 100-lərlə RUS ƏSGƏRİ MƏHV EDİLDİ, ƏSİR ALINDI...- General və deputat öldürüldü, şəhərlər... + VİDEOLAR (Yenilənib)
SAVAŞIN 16-cı GÜNÜ: 100-lərlə RUS ƏSGƏRİ MƏHV EDİLDİ, ƏSİR ALINDI...- General və deputat öldürüldü, şəhərlər... + VİDEOLAR (Yenilənib)
SAVAŞIN 16-cı GÜNÜ: 100-lərlə RUS ƏSGƏRİ MƏHV EDİLDİ, ƏSİR ALINDI...- General və deputat öldürüldü, şəhərlər... + VİDEOLAR (Yenilənib)
SAVAŞIN 16-cı GÜNÜ: 100-lərlə RUS ƏSGƏRİ MƏHV EDİLDİ, ƏSİR ALINDI...- General və deputat öldürüldü, şəhərlər... + VİDEOLAR (Yenilənib)
SAVAŞIN 16-cı GÜNÜ: 100-lərlə RUS ƏSGƏRİ MƏHV EDİLDİ, ƏSİR ALINDI...- General və deputat öldürüldü, şəhərlər... + VİDEOLAR (Yenilənib)SAVAŞIN 16-cı GÜNÜ: 100-lərlə RUS ƏSGƏRİ MƏHV EDİLDİ, ƏSİR ALINDI...- General və deputat öldürüldü, şəhərlər... + VİDEOLAR (Yenilənib)
SAVAŞIN 16-cı GÜNÜ: 100-lərlə RUS ƏSGƏRİ MƏHV EDİLDİ, ƏSİR ALINDI...- General və deputat öldürüldü, şəhərlər... + VİDEOLAR (Yenilənib)
SAVAŞIN 16-cı GÜNÜ: 100-lərlə RUS ƏSGƏRİ MƏHV EDİLDİ, ƏSİR ALINDI...- General və deputat öldürüldü, şəhərlər... + VİDEOLAR (Yenilənib)
SAVAŞIN 16-cı GÜNÜ: 100-lərlə RUS ƏSGƏRİ MƏHV EDİLDİ, ƏSİR ALINDI...- General və deputat öldürüldü, şəhərlər... + VİDEOLAR (Yenilənib)
SAVAŞIN 16-cı GÜNÜ: 100-lərlə RUS ƏSGƏRİ MƏHV EDİLDİ, ƏSİR ALINDI...- General və deputat öldürüldü, şəhərlər... + VİDEOLAR (Yenilənib)

[media=]



"AzPolitika.info"

Paylaş
Xəbər lentİ