Bir zamanlar sıradan bir komediyaçı kimi tanınan Ukrayna prezidenti Volodimir Zelenski hazırda həm xalqının, həm də dünyanın qəhrəmanına çevrilib.
Rusiyanın hücumuna qarşı çıxan və cəbhədə xalqı ilə çiyin-çiyimə vuruşan bu şəxsin həyat hekayəsi isə indi çoxları üçün maraqlıdır.
O, yəhudidir?
Zelenksinin bu yaxınlarda Ukraynaya dəstək məqsədilə dünya yəhudilərinə səslənməsi onun əsl milli kimliyini yenidən müzakirə mövzusuna çevirib. Halbuki o, yəhudi olduğunu heç zaman danmayıb.
Zelenski 25 yanvar 1978-ci ildə Ukraynanın Krivoy Roq şəhərində, yəhudi ailəsində anadan olub. O, nadir hallarda yəhudi kimliyini açıq şəkildə müzakirə edir. Buna baxmayaraq, ölkə başçısı 2020-ci ilin əvvəlində, Auşvitsin azad edilməsinin 75-ci ildönümünü qeyd etmək üçün İsrailə səfəri ərəfəsində “The Times of Israel”ə maraqlı açıqlamalar verib.
Zelenski ailəsinin 1980-ci illərdə Sovet yəhudilərindən olduğunu söyləyib. Bu o demək idi ki, onlar dindar deyildilər. Çünki Sovetlər dönəmində yəhudilərin ayinləri qeyri-qanuni idi və yəhudilər müntəzəm olaraq izlənilirdi.
Əksər Ukrayna yəhudilərində olduğu kimi, Holokost da (Yəhudi soyqırımı - Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliama verilən addır) Volodimirin hekayəsinin bir hissəsi idi.
Atası
Zelenskinin atası Oleksandr Semenovych Zelensky riyaziyyatçıdır, universitetin kompüter elmləri kafedrasına rəhbərlik edir. O, 23 dekabr 1947-ci ildə Sovet Ukraynasının Krivoy Roq şəhərində anadan olub və yəhudi əsillidir. Onun atası, Volodimirin isə babası olan Semyon İvanoviç Zelenski Qırmızı Ordunun 57-ci Qvardiya motoatıcı diviziyasında xidmət edib.
Anası
Zelenskinin anası Rimma Zelenskaya keçmiş mühəndisdir, 1950-ci il sentyabrın 16-da Ukraynada anadan olub.
Ukrayna prezindentinin ulu babası (Semyon İvanoviç) və babasının üç qardaşı faşistlərə qarşı silaha sarılsa da, yalnız babası sağ qalıb: “Babam İkinci Dünya Müharibəsindən sağ çıxdı, qələbədə onun da payı var idi”.
Volodimir onların döyüşdə və ya nasistlərin 1 milyondan çox Ukrayna yəhudisinin genişmiqyaslı qətliamında həlak olub-olmadığını dəqiqləşdirməyib. Onun sözlərinə görə, nənəsi yəhudilərin Qazaxıstana təxliyəsi zamanı qaçıb və müharibədən sonra isə o, Krivoy Roqa qayıdaraq müəllim kimi işləyib.
İsraildə qohumları da var…
Zelenskinin 1990-cı illərdə, yeni dağılmış Sovet İttifaqından yəhudi mühacirəti dalğası zamanı İsrailə köçən qohumları da olub.
O, vaxtilə beynəlxalq ingilis dili imtahanında yüksək bal toplayaraq orta məktəbdən sonra İsraildə təhsil almaq imkanı qazansa da, atası ona getməyi qadağan edib. Əvəzində Volodimir, Ukraynada hüquq təhsili alıb. Ukrayna prezidenti kimi o, COVID-19 pandemiyasının başlamasından qısa müddət əvvəl Holokost anım mərasiminə cəmi bir dəfə səfər edib.
//gundem.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70