“SpaceX”in rəhbəri İlon Maskın Rusiya prezidenti Vladimir Putini Ukrayna uğrunda təkbətək duelə çağırmasından sonra Çeçenistan rəhbəri Ramzan Kadırov Kreml rəhbərini müdafiə etmək üçün ayağa qalxıb.
Arasdırma.info xəbər verir ki, “Telegram”dakı paylaşımında Kadırov İlon Maskı “İlona” adlandırıb və Putinlə görüşə hazırlaşmaq üçün Çeçenistanda xüsusi təlimlər keçməyi təklif edib.
Cavabında Mask bunun ona Putin qarşısında həddindən artıq üstünlük verəcəyini deyib:
"Təklif üçün təşəkkür edirəm, amma belə əla məşq mənə həddindən artıq üstünlük verərdi. Əgər o (Putin) döyüşməkdən qorxursa, mən yalnız sol əlimdən istifadə etməyə hazıram, hərçənd solaxay da deyiləm".
//yeniavaz
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70