Rus kosmonavtlardan gözlənilməz addım: Kosmosa çıxdıqdan sonra... - VİDEO

Oxunma sayı: 218
19-03-2022, 18:55

Rus kosmonavtlardan gözlənilməz addım: Kosmosa çıxdıqdan sonra... - VİDEO
Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilən 3 rus kosmonavtı Ukrayna bayrağının rəngləri olan kombinezon geyinib.

Arasdırma.info xarici KİV-lərə istinadən bildirir ki, kosmonavtlar geyimləri öz istəkləri ilə seçdiklərini bildiriblər.

“Roskosmos”un kosmonavtları Denis Matveyev, Sergey Korsakov və Rusiya Kosmik Agentliyindən Oleq Artemyev dünən Qazaxıstanın Baykonur kosmodromundan “Soyuz MS-21” gəmisi ilə orbitə buraxılıblar.

Kosmik gəmi BKS-ə yaxınlaşdığı zaman görüntülərdə kosmonavtların mavi uçuş kostyumu geyindiyi, lakin daha sonra Ukrayna bayrağını xatırladan sarı və mavi kombinezon geyindikləri görülüb.

Kosmonavtlardan geyindikləri kombinezonun rəngini soruşduqda paltarı öz istəkləri ilə seçdikləri bildirilib.

//yeniavaz

Paylaş
Xəbər lentİ