10 milyon Ukrayna sakini qaçqına çevrilib - BMT

Oxunma sayı: 218
21-03-2022, 21:57

10 milyon Ukrayna sakini qaçqına çevrilib - BMT
Ukraynada hərbi əməliyyatlar nəticəsində 10 milyon insan yaşayış yerini tərk etməyə məcbur qalıb.

Arasdırma.info xəbər verir ki, bu barədə məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi paylaşıb. O bildirib ki, bu insanların bir hissəsi Ukraynanın müxtəlif bölgələrinə sığınıblar, digər hissəsi isə qonşu ölkələrə pənah aparmalı olublar. BMT-nin apardığı statistikaya əsasən, artıq 3,4 milyon insan Ukraynanı tərk edib.

Qaçqınların 90 faizini qadın və uşaqlar təşkil edirlər.

//hit.az

Paylaş
Xəbər lentİ