Zelenskiyə qarşı sui-qəsdin qarşısı alındı - FOTO

Oxunma sayı: 229
22-03-2022, 10:22

Zelenskiyə qarşı sui-qəsdin qarşısı alındı - FOTO
Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb.

Arasdırma.info xəbər verir ki,, Ukraynanın hərbi əks-kəşfiyyat xidmətinin əməkdaşları Ujqorod şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) agentinin başçılıq etdiyi kəşfiyyat-divresiya qrupunun üzvlərini saxlayıblar.

Qeyd edilir ki, 25 nəfərlik qruplaşmanı FTX-nin agenti yaradıb. Onlar silahla və nəqliyyat vasitələri ilə təchiz edilib. Qrup üzvləri Ukrayna Prezidentinə sui-qəsd etməyi, Kiyevdə və Ukraynanın digər vilayətlərində təxribat törətməyi planlaşdırıb.

Silahlıları Rusiya qoşunlarının bölgüsü adı altında Kiyevə köçürmək və hökumət məhəlləsində cinayət əməlləri həyata keçirmək planlaşdırılırmış.

//milli.az
Zelenskiyə qarşı sui-qəsdin qarşısı alındı - FOTO
Zelenskiyə qarşı sui-qəsdin qarşısı alındı - FOTO
Zelenskiyə qarşı sui-qəsdin qarşısı alındı - FOTO
Zelenskiyə qarşı sui-qəsdin qarşısı alındı - FOTO

Paylaş
Xəbər lentİ