Rusiya 78 təyyarəni itirdi: qalan 802 laynerin taleyi necə olacaq?
"Lizinq şirkətləri də Avropa Birliyinin sanksiyalarına tabe olmaq məcburiyyətindədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli sanksiyalarla əlaqədar xarici şirkətlərdən lizinqlə alınan 78 Rusiya təyyarəsinin həbsinə münasibət bildirərkən deyib:
"Bu proses Rusiyaya qoyulan sanksiyalarla əlaqəlidir. Lizinq şirkətləri özbaşına olsaydı, bəlkə də həmin təyyarələrə həbs qoymazdı. Həmin liznq şirkətləri əsasən də İrlandiyadadır. Bu ölkə və oradakı lizinq şirkətləri də Avropa Birliyinin sanksiyalarına tabe olmaq məcburiyyətindədir. Pul ala, aylıq ödənişləri qəbul edə bilməz, ehtiyat hissələri göndərə bilməzlər. Belə fors-major situasiyalarda lizinq şirkətləri həmin uçaqları geri tələb etmək ixtiyarındadır. 880-ə yaxın təyyarəni geri tələb etdilər, amma Rusiya onları geri qaytarmaqdan imtina etdi. Yalnız xaricdə olan 78 təyyarə həbs olundu. 800-ə yaxın təyyarəni isə Rusiya milliləşdirərək, öz adına keçirdi. Bu isə həmin təyyarələrin xaricə uça bilməyəcəyindən xəbər verir. Hətta onlar MDB ölkələrinə də uça bilməz. Çünki beynəlxalq aviadaşıyıcılıq Konvensiyasına görə, həmin təyyarələrə həbs qoyulması mütləqdir”.
Ekspert qeyd edir ki, bu məsələ lizinq şirkətləri üçün də problem yaradır:
"Ona görə də bəzi lizinq şirkətləri itkiləri doldurmaq üçün kompensasiya ilə bağlı AB-yə müraciət edib”.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70