PSJ-nin qapıçısı ukraynalı köçkünləri evində qonaq etdi

Oxunma sayı: 198
25-03-2022, 22:35

PSJ-nin qapıçısı ukraynalı köçkünləri evində qonaq etdi
PSJ-nin qapıçısı Keylor Navas Ukraynadan gələn məcburi köçkünlərə kömək edib.
Arasdırma.info xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb. Qolkiper Parisdəki evində 30 nəfəri qəbul edib. Futbolçu evindəki kino zalında 30 çarpayı yerləşdirib. Navasın həyat yoldaşı Andrea Salas ukraynalılar üçün yemək hazırlayaraq onlarla birlikdə dua da edib.

Qeyd edək ki, fevralın 24-də Rusiya və Ukrayna arasındakı müharibə hələ də davam edir.//metbuat.az

Paylaş
Xəbər lentİ