Baydenlə görüşməyə gedən Polşa prezidentinin təyyarəsi qəza enişi etdi

Oxunma sayı: 209
25-03-2022, 23:32

Baydenlə görüşməyə gedən Polşa prezidentinin təyyarəsi qəza enişi etdi
Polşanın Rzeşov şəhərinə ABŞ lideri Co Baydenlə görüşə gedən Polşa prezidenti Anjey Dudanın təyyarəsi Varşavada məcburi eniş edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Duda ofisinin beynəlxalq məsələlər üzrə məsul nümayəndəsi Yakub Kumoh bildirib.
"Prezident Dudanın təyyarəsi təcili eniş edib. Təyyarə Varşavaya qayıdıb. İndi biz ehtiyat təyyarənin Rzeşova yola düşməsini gözləyirik", - deyə Polşa Mətbuat Agentliyi məlumat yayıb.
"Polşa və ABŞ prezidentlərinin Rzeşova səfərinin proqramı bir qədər dəyişdiriləcək. Prezident Anjey Duda Rzeşova gəldikdən sonra prezident Co Baydenin qarşılanma mərasimi keçiriləcək", - deyə o bildirib.
Polşa Televiziyasının məlumatına görə, Duda artıq Varşavanı tərk edib və müddət sonra Rzeşova çatacaq.

Paylaş
Xəbər lentİ