
Ana olmağa hazırlaşan dünya şöhrətli müğənni Rihannanın hamiləlik obrazları gündəm olub. Belə görünür ki, körpə doğulana qədər bu ənənə davam edəcək. 
Arasdırma.info xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı ulduz dünya tamaşaçılarını şoka salıb. Gələcək əri ASAP Rocky ilə restorana gedərkən görüntülənən müğənninin paltarının uzunluğu 10 sm-dir! Ulduz hamiləliyin son ayında belə qısa don və hündürdaban ayaqqabılardan vaz keçmir. Çıxış üçün Riri hamilə ulduzlar tarixindəki ən qısa paltarı seçib: nanə lələkləri ilə bəzədilmiş çəhrayı mini paltar. Rihanna ulduz paltarına uyğun dodaq boyası seçib, saçlarını isə su pərisi şəklində açıq saxlayıb. O, cəsarətli görünüşü xəz muftası və ekstremal dikdabanlarla tamamlayıb. 
Qeyd edək ki, Riri hamiləliyinin son ayındadır - çox yaxında o, ana olacaq, lakin bu, onun cəsarətli stil qərarları qəbul etməsinə mane olmur! 



//publika
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70