“Forbes” Türkiyənin ən varlı on adamının yeni siyahısını AÇIQLADI - FOTO

Oxunma sayı: 215
8-04-2022, 23:30

“Forbes” Türkiyənin ən varlı on adamının yeni siyahısını AÇIQLADI - FOTO
ABŞ-ın “Forbes” jurnalı 2022-ci ildə dünyanın ən zəngin adamlarının siyahısını açıqlayıb.

Jurnalın məlumatına görə, Türkiyədə dollar milyarderlərinin sayı 27-dən 24-ə düşüb.

1 - Murat Ülker
“Forbes” Türkiyənin ən varlı on adamının yeni siyahısını AÇIQLADI - FOTO
Murat Ülker 4,7 milyard dollarlıq sərvəti ilə Türkiyənin ən zəngin adamı olub. 2020-ci ildə sərvəti 6,3 milyard dollar olan Ülker dünya reytinqində 421-ci yerdən 601-ci yerə düşüb.

2 - Ferit Şahenk
“Forbes” Türkiyənin ən varlı on adamının yeni siyahısını AÇIQLADI - FOTO
Türkiyənin ən varlı adamları siyahısında ikinci yeri 2,4 milyard dollarlıq sərvətlə Ferit Şahenk tutub. 2021-ci ildə üç milyard dollarlıq sərvətə sahib olan Şahenk 2022-ci il siyahısında 1292-ci yerdə qərarlaşıb.

3 - Hamdi Ulukaya
“Forbes” Türkiyənin ən varlı on adamının yeni siyahısını AÇIQLADI - FOTO
ABŞ-da türk qatığı nəhəngi Hamdi Ulukaya 2,4 milyard dollar sərvəti ilə “Forbes”un ən zəngin türklər siyahısında üçüncü yerdədir. Onun sərvəti 2014-cü ildə 1,92 milyard dollar olub.

4 - Erman Ilıcak
“Forbes” Türkiyənin ən varlı on adamının yeni siyahısını AÇIQLADI - FOTO
“Rönesans Holding”in sədri Erman Ilıcak 2,3 milyard dollarlıq sərvəti ilə siyahıda dördüncü yerdədir.

5 - Filiz Şahenk
“Forbes” Türkiyənin ən varlı on adamının yeni siyahısını AÇIQLADI - FOTO
“Doğuş Holding”in qurucusu, mərhum iş adamı Filiz Şahenkin qızı, 2,2 milyard dollar sərvəti olan Ayhan Şahenk Filiz “Şahenk” adını “Filiz makarna” brendinə də verib. Ferit Şahenkin də bacısı olan Filiz Şahenk Ayhan Şahenk Vəqfinin vitse-prezidentidir.

6 - Sezai Bacaksız
“Forbes” Türkiyənin ən varlı on adamının yeni siyahısını AÇIQLADI - FOTO
Nihat Özdemir ilə “Limak Holding”in qurucu ortağı olan Sezai Bacaksız 1,9 milyard sərvətlə altıncı yerdə qərarlaşıb.

“Forbes”un siyahısında 1579-cu sırada olan Sezai Bacaksız 2,3 milyard dollar sərvəti ilə 2021-ci ildə həmin siyahıda 1362-ci olub.

7 - Nihat Özdemir
“Forbes” Türkiyənin ən varlı on adamının yeni siyahısını AÇIQLADI - FOTO
Türkiyə Futbol Federasiyası sədrliyindən istefa verən “Limak Holding”in qurucu ortağı Nihat Özdemir 1,9 milyard dollarlıq sərvəti ilə Sezai Bacaksızdan dərhal sonra siyahıda yeddinci yerdə qərarlaşıb.

8 - İbrahim Erdemoğlu
“Forbes” Türkiyənin ən varlı on adamının yeni siyahısını AÇIQLADI - FOTO
İbrahim Erdemoğlu Türkiyənin ən zəngin adamları siyahısında səkkizinci yerdə qərarlaşıb. “Merinos Halı” və “Dinarsu Halı”nın başçısı olan “Erdemoğlu Holding”in müdiri İbrahim Erdemoğlunun sərvəti 1,8 milyard dollardır.

9 - Semahat Sevim Arsel
“Forbes” Türkiyənin ən varlı on adamının yeni siyahısını AÇIQLADI - FOTO
1928-ci ildə Ankarada doğulan Semahat Sevim Arsel Vehbi Koç ilə Sadberk Xanımın ən böyük övladıdır. O, 1,6 milyard dollar sərvəti ilə Koç ailəsindən 10 ən zəngin türk siyahısında nümayəndə olub.

10 - Hamdi Akın və ailəsi
“Forbes” Türkiyənin ən varlı on adamının yeni siyahısını AÇIQLADI - FOTO
Dünyanın bir çox yerində hava limanının operatoru və podratçısı olan Hamdi Akın ailəsi ilə 1,5 milyard dollarlıq sərvətlə “Ən zəngin 10 türk” siyahısında 10-cu yerdə qərarlaşıb.

//Cahantv.az

Paylaş
Xəbər lentİ