Yaşlı insanları yuxu dərmanı ilə yatırdıb oğurluq etdi
Arasd;rma/info"Ölkə.Az" a istinadən xəbər verir ki, bir neçə gün əvvəl Dənizlinin Çivril mahalında 83 yaşlı Yaşar və 81 yaşlı Cünsel Bozkurt cütlüyü jandarma xidmətinə müraciət edərək evlərində yatdırıldıqdan sonra pul və qızıl-zinət əşyalarının oğurlandığını bildiriblər.
Dərhal araşdırmaya başlayan qruplar evdə baxıcı kimi çalışan 60 yaşlı Nurtem Doğacının pul və qızılları oğurladığını müəyyən edib. Doğacının internet saytlarında yer alan elanlarla əlaqə saxlayıb, onların evlərində baxıcı və təmizlikçi kimi məskunlaşdığı, etibar etdiyi yaşlıların yeməklərinə yuxu dərmanı ataraq pullarını oğurladığı müəyyən edilib.
Qadının eyni üsulla Yaşar-Günsel Bozkurt cütlüyünü yatdıraraq 1700 avro, 3 min TL və 1 mobil telefonu oğurladığı müəyyən edilib.
Həmin qadının İzmirin Konak rayonunda bir evdə gizləndiyini müəyyən edən polis əməkdaşları keçirilən əməliyyat zamanı qadını evdə gizləndiyi ədyalın altında yaxalanıb.
İlkin araşdırma zamanı saxlanılan qadının 43 ayrı cinayət törətdiyi, 2017-ci ildən bu yana 4 vilayətdə 9 oxşar cinayətə görə axtarışda olduğu və 'talama' ittihamı ilə 14 il məhkumluq həyatı yaşadığı məlum olub.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70