Ukraynadan DƏHŞƏTLİ XƏBƏR - Darmadağın edildi

Oxunma sayı: 223
10-04-2022, 21:02

Ukraynadan DƏHŞƏTLİ XƏBƏR - Darmadağın edildi
Rusiya qoşunları yenidən Dnepr hava limanına raket zərbəsi endirib.



Arasdırma.info xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko bildirib.



"Hazırda orada xilasedicilər işləyir. Dağıntılar və qurbanların sayı ilə bağlı məlumatları dəqiqləşdiririk. Hava limanının yaxınlığındakı infrastruktur da məhv edilib”, - Rezniçenko vurğulayıb.



Digər məlumata görə, raket zərbələri nəticəsində fövqəladə hallar xidmətinin 5 əməkdaşı xəsarət alıb.



Rusiya hərbçiləri bundan əvvəl gecə saatlarında Dnepropetrovsk vilayətinin müxtəlif rayonlarına raket zərbələri endiriblər.



Pavloqrad vilayətində isə raket sənaye obyektinə düşüb. Bina dağılıb və yanğın baş verib.

//report

Paylaş
Xəbər lentİ