Ukraynalı oliqarxın nəhəng yaxtası əlindən alındı

Oxunma sayı: 219
12-04-2022, 09:03

Ukraynalı oliqarxın nəhəng yaxtası əlindən alındı
Ukraynalı oliqarx Viktor Medvedçukun özünün yeri sirr olaraq qalsa da, onun əmlakı bütün dünyada tapılaraq Ukraynanın xeyrinə ələ keçirilməkdə davam edir.

Məsələn, bir müddət əvvəl rusiyayönlü oliqarxın yaxtası tapıldı. İndi məlum olub ki, oliqarx Viktor Medvedçukun nəhəng yaxtası məhkəmənin qərarına uyğun olaraq ARMA-nın (Korrupsiya və digər cinayətlərdən əldə edilmiş aktivlərin müəyyən edilməsi, axtarışı və idarə olunması üzrə milli agentlik) idarəçiliyinə veriləcək.

Hazırda “Royal Romance” yaxtası Xorvatiyanın Riyeka limanındadır.//Cahantv.az

Paylaş
Xəbər lentİ