Macarıstan üçün TƏHLÜKƏ YARANDI: baş nazir fövqəladə vəziyyət elan etdi

Oxunma sayı: 194
25-05-2022, 02:52

Macarıstan üçün TƏHLÜKƏ YARANDI: baş nazir fövqəladə vəziyyət elan etdi
Macarıstanın baş naziri Viktor Orban Ukraynadakı münaqişə fonunda ölkədə fövqəladə vəziyyət elan edib.

Arasdırma.info xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb .

"Çərşənbə axşamı parlament tərəfindən təsdiqlənmiş yeni sənəd - fövqəladə vəziyyət gecə yarısı qüvvəyə minəcək və hökumətə qonşu Ukraynadakı müharibənin nəticələrinə dərhal reaksiya vermək və manevr etmək imkanı verəcək”, - Orban bildirib

Aprelin 3-də ardıcıl dördüncü dəfə seçkilərdə qalib gələn Orban, artıq keçmişdə 2 dəfə xüsusi qanuni qaydaya əl atıb: bir dəfə miqrasiya, sonra isə COVID-19 pandemiyası zamanı.

Çərşənbə axşamı elan edilən yeni fövqəladə vəziyyət Orban hökumətinə müəyyən tədbirləri təcili olaraq təsdiqləmək imkanı verir.//publika

Paylaş
Xəbər lentİ