Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri rus qoşunları daim hərbi texnikada ciddi itkilər verirlər.
Arasdırma.info xəbər verir ki, bu barədə CNN ABŞ Müdafiə Nazirliyindəki (Pentaqon) mənbəyə istinadən məlumat yayıb.
Pentaqonun məlumatına görə, rus qoşunlarının itkiləri aşağıdakı kimidir:
1000 tank;
350-dən çox artilleriya;
30 qırıcı-bombardmançı;
50 helikopter
ABŞ hesab edir ki, kifayət qədər ciddi itkiləri nəzərə alsaq belə, Rusiya Federasiyası hələ də müharibəni davam etdirmək üçün kifayət qədər texniki imkanlara malikdir.//Redaktor.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70