Hindistanda ammonyak sızması nəticəsində azı 150 nəfər zərər çəkib

Oxunma sayı: 205
4-06-2022, 08:59

Hindistanda ammonyak sızması nəticəsində azı 150 nəfər zərər çəkib
Hindistanın cənub-şərqindəki Andhra Pradeş rayonundakı zavodda ammonyak sızması qeydə alınıb.

Arasdırma.info xəbər verir ki, bu barədə “Times of India” qəzeti məlumat yayıb.

Hadisə nəticəsində zavodda azı 150 nəfər xəsarət alıb.

Qəzet qeyd edir ki, zərərçəkənlər başgicəllənmə və qusmadan şikayət ediblər. Hazırda vəziyyət səlahiyyətlilərin nəzarətindədir, zərərçəkənlər təxliyə edilib.

Sızmanın hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.//report

Paylaş
Xəbər lentİ