Berlində erməni əsilli Almaniya vətəndaşının avtomobilini insanların üzərinə sürməsilə bağlı yeni təfərrüatlar məlum olub.
İnsident nəticəsində artıq 1 nəfərin öldüyü, 30-a yaxın şəxsin isə yaralandığı bildirilib.
Həmçinin, avtomobildən Türkiyə ilə bağlı sənədlərin tapıldığı, cinayətin öncədən planlaşdırıldığı və siyasi motivli olduğu barədə iddialar səsləndirilib.
Mənbə: “Bild”
16:32
Almaniyada insanların üzərinə avtomobil sürən şəxsin kimliyi bəlli olub.
Həmin şəxsin 29 yaşlı erməni əsilli Almaniya vətəndaşı olduğu müəyyənləşib.
Onun dindirildiyi bildirilir.
Hadisə zamanı ölən şəxs qadın müəllim, yaralanan şəxslər isə 15-16 yaşında şagirdlər olublar.//Cahantv.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70