Məşhur iş adamı ordu qurur - 32 milyon dollar ayırdı - FOTO

Oxunma sayı: 190
3-09-2022, 07:37

Məşhur iş adamı ordu qurur - 32 milyon dollar ayırdı - FOTO
Çin-Tayvan gərginliyinin gündən-günə artdığı bir vaxtda Tayvanın ən varlı iş adamlarından olan Robert Tsao maraqlı təklif irəli sürüb.
Arasdırma.info xarici mediaya istinadən bildirir ki, məşhur texnologiya şirkəti "United Microelectronics Corp"un qurucusu Olan R.Tseo planlarını keçirdiyi mətbuat konfransında planlarını açıqlayıb.
O, Çin işğalından müdafiə olunmaq üçün mülki vətəndaşlardan ibarət 3.3 milyon nəfərlik ordu qurmaq istədiyini deyib. 75 yaşlı Tseo 3 il ərzində 3 milyon nəfərə hərbi təlimlərin keçirilə biləcəyini ifadə edib. Tayvanlı iş adamı bunun üçün öz hesabından 1 milyard Tayvan dolları ( 32 milyon ABŞ dolları) vəsait ayırıb.
“Əgər biz Çinin ambisiyalarına uğurla müqavimət göstərə bilsək, nəinki vətənimizi qorumuş olarıq, həm də dünyadakı vəziyyətə və sivilizasiyanın inkişafına böyük töhfə vermiş olarıq”, - R.Tsao bildirib.
Qeyd edək ki, Tsao əvvəllər Tayvanın Çinlə birləşməsinin fəal tərəfdarı olub və hökumətin onun şirkəti ilə bağlı araşdırmalar aparmasına etiraz olaraq Tayvan vətəndaşlığından imtina edib. Lakin o, "Radio Free Asia'"ya bildirib ki, Honq Konqda demokratiya tərəfdarı hərəkat, xüsusən də Yuen Long MTR hücumu ilə bağlı təzyiqlərə şahidi olduqdan sonra fikrini dəyişib. İş adamı artıq Sinqapur vətəndaşlığından imtina etdiyini və Tayvan vətəndaşlığına bərpa olunduğunu elan edib: "Xalqımın yanında olmaq və Tayvanda ölmək istəyirəm".//bakupost

Paylaş
Xəbər lentİ